logo

Ərdoğan koronavirusa qarşı Çinin  “Sinovac” vaksini ilə peyvənd olundu

20:11 14-01-2021 | icon 2030
Ərdoğan koronavirusa qarşı Çinin  “Sinovac” vaksini ilə peyvənd olundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “Sinovac” vaksini ilə peyvənd olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, dövlət başçısı Ankara şəhər Xəstəxanasında Çin istehsalı olan “Sinovac” vaksini vurdurub. Müəyyən edilmiş qaydaya əsasən ikinci doza 28 gün sonra vurulmalıdır.

Xatırladaq ki, Türkiyədə “Sinovac” vaksini ilə kütləvi peyvəndləməyə yanvarın 13-də start verilib. İlk olaraq ölkənin səhiyyə naziri Fahraddin Koca peyvənd olunub.