Azərbaycan-Ukrayna İşgüzar Şurası yaradılacaq
Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.Odur ki, bu sahədə əlaqələrə təkan verə biləcək yeni mexanizmlərin yaradılmasına, o cümlədən Hökumətlərarası Komissiya çərçivəsində iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu və Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasına zərurət vardır.
YeniAvropa xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşündə səsləndirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, görüşdə ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə olduğu, əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Mikayıl Cabbarov Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Ukraynanın qəti mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini deyib.
İki ölkə arasında iqtisadi əlaqələrdən danışan M.Cabbarov bildirib ki, 2019-cu ilin dekabrında Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri və ötən ilin yanvarında keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı əldə edilmiş razılaşmalar iqtisadi sahədə fəallığı daha da artırıb.
Ukraynanın Azərbaycandakı səfiri V.Kanevski iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanla bir sıra istiqamətlərdə, o cümlədən özəlləşdirmə sahəsində tərəfdaşlıqda, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçiriləcək layihələrdə Ukrayna şirkətlərinin iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır