logo

İranda daha 175 nəfər koronavirusdan dünyasını dəyişib

20:50 19-12-2020 | icon 1988
İranda daha 175 nəfər koronavirusdan dünyasını dəyişib

Son sutka ərzində İranda 6 min 421 nəfər koronavirusa yoluxub, 175 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 152 min 72 nəfə, ölənlərin sayı isə 53 min 448-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsi davam edən 5 min 591 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 875 min 943 xəstə sağalaraq evə buraxılıb.