logo

Xarkov meri koronavirusdan öldü, şəhərdə 3 gün matəm elan olundu

15:05 17-12-2020 | icon 2030
Xarkov meri koronavirusdan öldü, şəhərdə 3 gün matəm elan olundu

Ukraynanın ikinci ən böyük şəhəri və ölkənin iqtisadi mərkəzi sayılan Xarkov şəhərinin meri Gennadi Kernes koronavirusdan vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Qeyd olunub ki,  mer bu gün səhər “COVID- 19”dan dünyasını dəyişib.

Məlumatı merin yaxın dostu-iş adamı Pavel Fuks da təsdiqləyib.O sosial şəbəkə hesabından merin dəfn mərasiminin gələn həftə baş tutacağını yazıb. 

Xarkovda  Kernesin ölümü ilə əlaqədar üç günlük matəm elan edilib. 17, 18 və 19 dekabr tarixlərində Xarkov şəhərində idarəetmə, müəssisə və təşkilatların binalarında bayraqlar endiriləcək.

Qeyd edək ki, 61 yaşlı yəhudi əsilli Gennadi Kernes son 10 ildə Xarkov şəhərinə rəhbərlik edib.