logo

Binəqədi rayonunda şadlıq evi yandı

09:36 16-12-2020 | icon 6153
Binəqədi rayonunda şadlıq evi yandı

Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki,  ikimərtəbəli şadlıq evinin birinci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan dönər evinin mətbəxində odun kömürü 20 kisə, elektrik sayğacı, elektrik qoruyucusu 10 ədəd və kabel 20 poqonmetr yanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.