logo

Həsən Ruhani Rəcəb Tayyib Ərdoğanı yaxşı tanıdığını deyib

19:29 14-12-2020 | icon 1750
Həsən Ruhani Rəcəb Tayyib Ərdoğanı yaxşı tanıdığını deyib

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxşı tanıdığıma görə onun İrana və İranın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə inanmıram".

YeniAvropa xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani mətbuat konfransında deyib.

Həsən Ruhaninin sözlərinə görə, Türkiyə tərəfinin bildirdiyinə əsasən, Ərdoğanın Bakıdakı Zəfər paradında oxuduğu şeirdə məqsədi İran olmayıb: “Buna görə də, Türkiyə prezidentinin çıxışını tam şəkildə dəyərləndirmək lazımdır”.

İran prezidenti daha sonra deyib ki, İranda bu məsələyə sərt reaksiya göstərilməsi başa düşüləndir: " Çünki ərazi bütövlüyü İran üçün önəmlidir"