logo

Nikol Paşinyan ya ölkədən qaçacaq, ya həbs edəcək-Erməni politoloq

17:15 11-12-2020 | icon 2646
Nikol Paşinyan ya ölkədən qaçacaq, ya həbs edəcək-Erməni politoloq

Ermənistan bundan sonra Azərbaycanla mübarizə aparmaq gücündə deyil.

Erməni politoloq Armen Badalyan ölkəsinin düşdüyü ağır durumla bağlı pessimist proqnozlar verib.

YeniAvropa xəbər verir ki, bu haqda tanınmış erməni politoloq Armen Badalyan "168.am" saytına müsahibəsində deyib. O, müsahibəsində ölkəsinin düşdüyü ağır durumla bağlı pessimist proqnozlar verib.

Onun sözlərinə görə, Ermənistan hazırda ciddi iqtisadi və siyasi izolyasiya ilə üz-üzə qalıb: “Paşinyanın hakimiyyətdə qalması Ermənistan üçün yeni təhlükələr deməkdir. Başa düşürsünüz, ölkəyə investisiyalar qoyulmur, ölkəmiz tam şəkildə beynəlxalq siyasi proseslərdən izolyasiya edilib. Başqa sözlə, baş nazir Ermənistanı bundan sonra necə inkişaf etdirmək lazım olduğunu, inkişaf mexanizmlərini belə bilmir. Onun varlığı inkişaf və iqtisadi tərəqqimizə mane olacaq. Ona görə ki, heç kim belə bir rəhbərliyin idarə etdiyi ölkəyə investisiya yatırmaqda maraqlı olmayacaq”.

Politoloq bildirib ki, Paşinyan hələ ki, öz rəhbər mövqeyini polis gücünə qoruyub saxlaya bilir: “Nikol anlayır ki, əgər istefaya gedərsə, yeni baş nazir ya onu həbs edəcək, ya da ölkədən qaçacaq. Nikol və ailəsi heç vaxt Ermənistana dönə bilməyəcəklər. Baş nazir onu da gözəl anlayır ki, Ermənistanda gələcəyi olmayan bir şəxsdir. Heç deputat belə seçilə bilməyəcək. Əgər öz kürsüsünü tərk etmək qərarı versə, ömürlük ölkəni tərk etmək məcburiyyətində qalacaq”.