logo

Parlament Gürcüstan hökumətini tam tərkibdə istefaya göndərdi

16:10 11-12-2020 | icon 1827
Parlament Gürcüstan hökumətini tam tərkibdə istefaya göndərdi

Dekabrın 11-də keçirilən X çağırış parlamentin ilk iclasında Gürcüstan hökuməti tam tərkibdə istefaya göndərilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hökumət üzvləri yeni baş nazir təyin olunana qədər vəzifələrini icra edəcəklər.

Parlament hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir.

Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır.

Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.

Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.

Qeyd edək ki, parlament seçkilərində qalib gəlmiş Gürcü Arzusu Partiyasının hökumət başçısı vəzifəsinə namizədi Giorgi Qaxarianın namizədliyini irəli sürüb.