logo

Rusiyada 7,6 bal gücündə zəlzələ olub

10:09 10-12-2020 | icon 2296
Rusiyada 7,6 bal gücündə zəlzələ olub

Rusiyanın İrkutsk şəhəri yaxınlığında güclü zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yeraltı təkanlar yerli vaxtla saat  5:44-də(Moskva vaxtı ilə 0:44) olub və 5-6 bal gücündə hiss edilib.

Məlumata görə, episentri qonşu Buryatiya Respublikasının Kabanski rayonu olan zəlzələnin mərkəzində intensivlik 7,6 bal gücündə hesablanıb.

Hələlik dağıntı və itkilər barədə məlumat verilməyib.

İrkutsk meri Puslan Bolotov zəlzələdən sonra şəhərdə yüksək hazırlıq rejimi elan edib. Yaşayış binalarında zəlzələnin yaratdığı fəsadlar öyrənilir.

Məlumata görə, zəlzələdən sonra Balkal gölü ətrafındakı yaşayış məntəqələri işiqsız qalıb.