logo

İranda koronavirusdan ölənlərin sayı 60 min nəfərə çatır

16:56 08-12-2020 | icon 2093
İranda koronavirusdan ölənlərin sayı 60 min nəfərə çatır

Son 24 saat ərzində İranda 11 min 23 nəfər koronavirusa yoluxub, 323 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 62 min 397-ə, ölənlərin sayı isə 50 min 917-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 870 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 754 min 224 xəstə isə sağalaraq evə buraxılıb.

İranın Tehran da daxil olmaqla böyük şəhərlərində küçə və prospektlər dezinfeksiya edilir.