logo

Ermənistanın xarici işlər naziri Moskvadan sonra Parisə gedir

21:49 07-12-2020 | icon 2016
Ermənistanın xarici işlər naziri Moskvadan sonra Parisə gedir

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Fransaya gedəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“8-9 dekabr tarixlərində Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. Səfər zamanı Ayvazyan fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək”, -deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 6-7 dekabr tarixlərində Ermənistan xarici işlər naziri Moskvada səfərdə olub, orada Rusiya xarici işlər naziri Sergey Lavrov və KTMT baş katibi Stanislav Zas ilə danışıqlar aparıb.