logo

Böyük Britaniya gələn həftədən koronavirusa qarşı peyvəndə başlayır

18:27 06-12-2020 | icon 2100
Böyük Britaniya gələn həftədən koronavirusa qarşı peyvəndə başlayır

Dekabrın 8-dən Böyük Britaniyada 50 xəstəxanada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, COVID-19 peyvəndinin istifadəsi ölkə tarixində ən əhatəli peyvənd tətbiqi olaraq tarixə düşəcək.

Peyvənd, ilk növbədə, səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq.

Qeyd edilib ki, peyvənd dozaları soyuducu qablaşdırıamda krallığa bu həftə Belçikadan gətirilib.

Peyvəndin mənfi 70 dərəcədə saxlanılması tıvsiyyə olunur.Odur ki, peyvəndlər əvvəlcə xüsusi şərtlər təmin edə biləcək 50 xəstəxanada istifadə ediləcək.