logo

Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri yayıldı

12:13 03-12-2020 | icon 1771
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini paylaşıb.

YeniAvropa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, hər iki kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Bu kəndlər işğaldan sonra vəhşicəsinə talan edilib.

Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.