logo

Qadın sürücünün yolunu kəsdi, 20 sutkalıq həbs edildi

12:59 01-12-2020 | icon 1736
Qadın sürücünün yolunu kəsdi, 20 sutkalıq həbs edildi

Binəqədi rayonunda qadın sürücünün azyaşlı övladları ilə birlikdə hərəkətdə olan zaman başqa bir nəqliyyat vasitəsinin sükanı arxasında olan şəxslə aralarında mübahisənin baş verməsi barədə videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, həmin görüntülər barədə dərhal araşdırmalara başlanılıb.

Məlum olub ki, noyabrın 28-də baş verən hadisə zamanı 99-VM-967 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini Təhməzov Vüqar Musa oğlu avtomobili ilə hərəkətdə olan zaman dəfələrlə manevr qaydalarını pozub və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb. İş üzrə aparılan araşdırmaları davam etdirmək məqsədilə sürücü V.Təhməzov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə təhvil verilib. Sürücü barəsində polis bölməsində inzibati protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə V.Təhməzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada həbs edilib.