logo

Azərbaycanın Dövlət Himni Laçında səsləndi (VİDEO)

10:45 01-12-2020 | icon 1680
Azərbaycanın Dövlət Himni Laçında səsləndi (VİDEO)

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycanın Dövlət Himni səsləndirilib.

 YeniAvropa xəbər verir ki, Dövlət Himnini Azərbaycan hərbçiləri Dövlət bayrağı altında ifa ediblər.

Qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Azərbaycana qaytarılıb. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də işğaldan azad olunan Laçın rayonuna daxil olub və Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.