logo

Paşinyanın Rusiya səfəri ləğv edildi: Putin görüşmək istəmədi

17:57 30-11-2020 | icon 2016
Paşinyanın Rusiya səfəri ləğv edildi: Putin görüşmək istəmədi

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə "news.am" saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin bütün səylərinə baxmayaraq Rusiya rəhbərliyindən yüksək səviyyədə görüşə razılıq almaq mümkün olmayıb. "Odur ki, baş nazirin protokol xidmətinin rəhbəri Yerevana geri çağırılıb", - deyə xəbərdə qeyd edilib.

Xatırladaq ki, baş nazir noyabrın 27-də imzaladığı əmrlə  Ermənistan hökuməti aparatının protokol şöbəsinin rəisi Eduard Arutyunyan  Nikol Paşinyanın Rusiyaya səfərini hazırlamaq məqsədilə noyabrın 30-dan dekabrın 4-dək Moskvaya ezam edilmişdi. .

Paşinyanın Moskvaya səfərinin dekabrın 3-4-də baş tutacağı bildirilirdi.