logo

Fransanın dövlət katibi Yerevana səfərə gəlir

21:25 27-11-2020 | icon 1820
Fransanın dövlət katibi Yerevana səfərə gəlir

Fransanın dövlət katibi Jan-Batist Lemun Yerevana işgüzar səfər edəcək.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər noyabrın 28-də baş tutacaq. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.

Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.

O, Ermənistan rəhbərliyi ilə də görüşlər keçirəcək.