logo

Sinoptiklərdən intensiv yağış və qar  xəbərdarlığı

13:49 27-11-2020 | icon 1827
Sinoptiklərdən intensiv yağış və qar  xəbərdarlığı

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən xəbərə görə, noyabrın 29-u axşamdan noyabrın 30-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

Noyabrın 29-u gündüzdən noyabrın 30-u gündüzədək Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir.