UEFA Avropa Liqası: “Qarabağ” - “Sivasspor” oyunu başlayıb
UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Qarabağ”-“Sivasspor” oyunu başlayıb.
YeniAvropa xəbər verir ki, ölkədəki hərbi vəziyyətlə əlaqədar “Qarabağ” rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edir.
Azərbaycan çempionun start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Kevin Medina, Vild-Donald Gerye, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Uroş Matiç, Ovusu Kvabena, Tural Bayramov, Abdullah Zubir və Mahir Əmrəli yer alıb.
“Sivasspor”un ilk onbirliyində isə meydana Mamadu Samassa, Marselo Qoyano, Caner Osmanpaşa, Uğur Çiftçi, Robin Yalçın, Klaudemir, Faysal Fayr, Erdoğan Yeşilyurt, Hakan Arslan, Mustafa Yatabare və Kazimir Ninqa çıxıb.
Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edir.
Matçın baş hakimi Yakob Kehletidir. Ona Heine Sorensen və Lars Hummelgaard kömək edir. Dördüncü hakim funksiyasını Yens Maee yerinə yetirir.
Qrupda xalsız yeganə komanda olan “Qarabağ” sonuncu, Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Köhlən atlar" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.
Hər iki komanda matça ciddi itkilərlə çıxıb. "Qarabağ"da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxırlar. Digər zədəlilər - Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır. "Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilmir. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.
Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Təl-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə, qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.
Görüş “CBC Sport” kanalı ilə canlı yayımlanır.
Türkiyədə daha 137 nəfər koronavirusdan həyatını itirib
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
Ötən il “Azercell”in LTE şəbəkəsi öllkə üzrə 85 %-dən çox genişlənib
Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndi-VİDEO
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”-Avropa Şurası baş katibi
250 qırqovul vəhşi təbiətə buraxılıb
Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndi- VİDEO
Suraxanı rayonunda cinayətkar dəstə üzvləri tutulublar
XİN rusiyalı deputatın Azərbaycana qarşı işlətdiyi ifadələr pislədi
Nazir Vilayət Eyvazov Əli Həsənovun oğlunu işdən çıxardı
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
Belçikalı Hendrik Daems ikinci dəfə AŞ PA-nın prezidenti seçilib
Baş prokuror: Ötən il 30 nəfər Azərbaycana ekstradisiya edilib
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Nardaranda silahlı şəxs saxlanılıb
2020-ci ildə Azərbaycanda 67,9 min oğlan, 59,6 min qız doğulub
Neft Fondu dövlət büdcəsinə 112,1 milyard manat vəsait köçürüb
Bakıda Azərbaycan və İranın xarici işlər nazirlərinin görüşü keçirilir
Sabah Bakıda 9° isti olacaq
Azərbaycanda ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli”dən 3,5 milyard dollar gəlir əldə edib