logo

Azərbaycanda koronavirus antirekordu:3705 yoluxma, 32 ölü

17:31 26-11-2020 | icon 1939
Azərbaycanda koronavirus antirekordu:3705 yoluxma, 32 ölü

Azərbaycanda koronavirus infeksiyasına daha 3705 yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 106 min 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 min 572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36273 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 665 min 832 test aparılıb. Bugünkü test sayı isə 19178-dir.