logo

Azərbaycan Fransaya nota verdi

16:30 26-11-2020 | icon 1883
Azərbaycan Fransaya nota verdi

Fransanın ölkəmizdəki səfiri Zaxari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, səfir XİN rəhbərinin müavini Fariz Rzayev tərəfindən qəbul edilib və ona nota təqdim edilib.

"Dünən Fransa Senatı tərəfindən qəbul olunmuş qərəzli qətnamə ilə əlaqədar Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı. Xarici İşlər nazirinin müavini Fariz Rzayev səfirlə görüş keçirdi. Görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin Senat tərəfindən qəbul olunmuş qətnamə ilə bağlı etirazını əks etdirən verbal notası Fransa səfirinə təqdim edildi", - deyə L.Abdullayeva vurğulayıb.

Qeyd edək ki, ötən gün Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərəzli qətnamə qəbul edib.