logo

Ermənistanın yeni xarici işlər naziri Vaşinqtondan Qarabağa yardım istədi

23:10 24-11-2020 | icon 2002
Ermənistanın yeni xarici işlər naziri Vaşinqtondan Qarabağa yardım istədi

ABŞ dövlət katibinin birinci müavini Stiven Biqan Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla Dağlıq Qarabağda humanitar yardım və nizamlanma məsələlərini müzakirə edib.

 YeniAvropa xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

"Dövlət katibinin birinci müavini nazir Ayvazyanın təyinatını məmnuniyyətlə qarşılayıb və ABŞ-Ermənistan sıx əməkdaşlığını davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Onlar ABŞ-ın bölgəyə verdiyi humanitar dəstəyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səyləri müzakirə ediblər", - deyə məlumatda qeyd edilib.