logo

Lavrov Zəriflə  Qarabağdakı vəziyyəti müzakirə edib

18:09 24-11-2020 | icon 1736
Lavrov Zəriflə  Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon söhbəti olub. Nazirlər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazirlər münaqişə zonasında tam atəşkəsə nail olmaq məqsədilə Rusiya tərəfinin səylərini, habelə döyüş əməliyyatları nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsinin zəruriliyini nəzərə almaqla Qarabağda cari vəziyyəti müzakirə ediblər.

Tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri, Suriyada, Körfəz zonasında, Yəməndə və Əfqanıstanda vəziyyəti də nəzərdən keçirib, ticari-iqtisadi və humanitar sahələrdə cari Rusiya-İran layihələrini müzakirə ediblər.