ABŞ-da koronavirus qurbanlarının sayı 250 min nəfəri ötüb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,bu barədə məlumat Cons Hopkins Universitetinin saytında yer alıb.
Universitetin noyabrın 18-də açıqladığı məlumata görə, Birləşmiş Ştatlarda pandemiyanın əvvəlindən bəri 11 milyon 485 min 176 yoluxma və 250 min 29 ölüm halı qeydə alınıb. Həmçinin 4 milyon 294 minə yaxın koronavirus xəstəsi sağalıb.
Qeyd edək ki, dünya üzrə indiyədək COVID-19 virusuna 56 milyondan çox insan yoluxub və onlardan 1,3 milyon nəfəri həyatını itirib.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.