logo

İranda koronavirusa qarşı vaksin insanlar üzərində sınaqdan keçirilir

15:58 17-11-2020 | icon 2268
İranda koronavirusa qarşı vaksin insanlar üzərində sınaqdan keçirilir

Son sutka ərzində İranda 13 min 352 nəfər koronavirusa yoluxub, 482 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə məlumatı İran Səhiyyə Nazirliyini verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 788 min 473, yoluxaraq ölənlərin sayı isə 42 min 461-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 691 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 570 min 774 nəfər isə sağalaraq evə buraxılıb.

Nazirliyin nümayəndəsi Kiyanuş Cahanpur isə bildirib ki, İranda iki vaksin hazırlanıb və hazırda insanlar üzərində sınaqdan keçirilir.

Bununla yanaşı İranda insan orqanizmində koronavirusun mövcudluğunu 15-20 dəqiqəyə müəyyən edən test-sistemi hazırlanıb istifadəyə verilib.