logo

“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda hazırlanır

13:53 05-11-2020 | icon 2247
“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda hazırlanır

Türkiyə istehsalı olan "Bayraktar TB2” pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, son dövrlər texniki gücü və hərbi əməliyyatlarda qazandığı uğurlarla dünya mediasının və silah sənayesi ölkələrinin diqqətini çəkən "Bayraktar TB2”-nin ön hissəsi köpək balığı ağzı formasında dizayn ediləcək. Yeni dizaynın müəllifi isə Ömər Erkməndir.

Qeyd edək ki, Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-də başladılan əks-hücum hərbi əməliyyatları zamanı Türkiyə istehsalı olan silahlı və silahsız PUA-lardan geniş istifadə edir. Bu hərbi-taktiki əməliyyatlar dünyanın lider ölkələrinin də diqqətini çəkib.

0-1-3

Xatırladaq ki, "Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdardır.