logo

ABŞ-da prezident seçkiləri: Bayden Trampı 50 seçkiçi səsi ilə üstələyir

11:29 05-11-2020 | icon 1988
ABŞ-da prezident seçkiləri: Bayden Trampı 50 seçkiçi səsi ilə üstələyir

Noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərində Cozef Bayden Ağ evin hazırkı rəhbəri Donald Trampı 50 seçkiçi səsi ilə üstələyir.

YeniAvropa xəbər verir ki, yerli  “Fox News” telekanalının son məlumatına görə, Bayden 264, Tramp isə 214 səsə malikdir.

Bildirlib ki, əgər Corciya ştatında "respublikaçı"lar uduzarsa, Donald Trampın seçki qərargahı səslərin yenidən sayılmasını tələb edəcək. Həmin ştatda bülletenlərin 98 faizi hesablanıb. Tramp seçicilərin 49,7 faizinin, Bayden 49,1 faizinin səsini toplayıb. Belə ki, "respublikaçı"lar burada əvvəlcə daha çox üstünlüyə malik olublar.

Corciya ştatında qalibiyyət namizədin prezident seçilməsi üçün zəruri olan 270 seçkiçi səsindən 16-nı qazandıracaq.