İrandan Azərbaycana 14 kq-dək narkotik vasitə keçirmək istədilər
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son dövrdə 13 kiloqram 927 qram narkotik vasitəyə və 1334 ədəd psixotrop maddəyə bənzər həbin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçan sərhəd pozucusu tərəfindən atılmış bağlamada ümumi çəkisi 3 kiloqram 853 qram narkotik vasitə olan heroin və 762 ədəd metadon-40 həbi aşkarlanaraq götürülüb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Mersedes” markalı 44-CB-402 dövlət nömrə nişanlı avtonəqliyyatda Astara rayon sakinləri 1986-cı il təvəllüdlü İsgəndərov İsgəndər Cabir oğlu və 1987-ci il təvəllüdlü İsgəndərov Elnur Cabir oğlu saxlanılıb, araşdırma zamanı E.İsgəndərov törətdiyi cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiyini bildirib.
Fakt üzrə cinayət işi başlanılıb, E.İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyitli, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı və Yardımlı rayonunun Arus kəndlərinin yaxınlığında yerləşən sərhəd zastavalarında dövlət sərhədinin gücləndirilmiş mühafizəsi üzrə qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 3 ədəd sahibsiz halda bağlamalar aşkarlanıb, baxış zamanı ümumi çəkisi təxminən 10 kiloqram 74 qram narkotik vasitəyə və 572 ədəd psixotrop həbə oxşar maddələr götürülüb.
Həmin faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır