logo

İranda daha 422 nəfər koronavirusdan öldü

16:46 03-11-2020 | icon 1967
İranda daha 422 nəfər koronavirusdan öldü

İranda koronavirusun ikinci dalğası daha kəskin keçir. Bu günə olan məlumata görə son sutkada İranda 8 min 932 nəfər koronavirusa yoluxub, 422 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 637 min 712 nəfər, ölənlərin sayı isə 36 min 160-a çatıb.

Müalicəsi davam edən 5 min 370 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 495 min 473 nəfər sağalaraq evə buraxılıb.

İranın 25 vilayətindəki 46 şəhərdə 10 gün müddətində karantin rejimi yenidən davam edir. Böyük şəhərlərdə bütün kütləvi tədbirlər qadağan edilib.