logo

Moldovada keçmiş baş nazir hazırkı prezidenti seçkidə üstələdi

17:12 02-11-2020 | icon 2016
Moldovada keçmiş baş nazir hazırkı prezidenti seçkidə üstələdi

Moldova Mərkəzi Seçki Komissiyası(MSK) prezident seçkilərinin səsvermə bülletenlərinin sayılmasını başa çatdırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, MSK-nın elan etdiyi səsvermənin nəticələrinə görə, müxalifətin lideri-keçmiş baş nazir Maya Sandu seçicilərin 36,16 faizinin səsini toplayıb. Hazırkı prezident İqor Dodon isə seçicilərin 32,61 faiz səsini qazana bilib.

Digər 6 namizəd isə daha az səs toplayıblar.

Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, seçkilərin ikinci turu keçirilir.

Beləliklə, ikinci turda Avropanı dəstəkləyən siyasi platformadan çıxış edən Maya Sandu ilə Moskva ilə sıx əlaqə saxlayacağına söz verən Moldovanın hazırkı  prezidenti İqor Dodon mübarizə aparacaq.

Səsvermənin ikinci turunun noyabrın 15-də keçirilməsi planlaşdırılır.