logo

Türkiyədə daha 2 zəlzələ oldu

13:28 01-11-2020 | icon 2023
Türkiyədə daha 2 zəlzələ oldu

Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda 30 dəqiqə ərzində 4,5 bal və 4,2 bal gücündə iki zəlzələ qeydə alınıb.

YeniAvropa yerli KİV-ə istinadən bildirir ki, Egey dənizi sahillərindəki hər iki yeraltı təkan dəniz səviyyəsindən təxminən 7 kilometr dərinlikdə baş verib.

Dağıntı və itkilər barədə məlumat verilmir.

Xatırladaq ki, oktyabrın 30-da İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib.