logo

“Cəsur və Gözəl” serialının rejissoru Bakıya gəlir

10:39 30-03-2018 | icon 121415
“Cəsur və Gözəl” serialının rejissoru Bakıya gəlir

“Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya gəlir. 

YeniAvropa xəbər verir  ki, istedadlı rejissor Azərbaycanda AF Media İncəsənət Məktəbinin açılışında iştirak etmək üçün dəvət edilib.

Rejissor aprelin 3-də Nizami Kino Mərkəzində keçiriləcək seminarda Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında öz təcrübəsini bölüşəcək və iştirakçıların suallarını cavablandıracaq.