logo

Paşinyan Putindən kömək istədi

11:59 31-10-2020 | icon 1757
Paşinyan Putindən kömək istədi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək ondan Ermənistana yardım göstərilməsi üzrə təcili məsləhətləşmələrə başlamağı xahiş edib.

YeniAvropa erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, N.Paşinyanın bu müraciətinin 1997-ci ildə imzalanmış “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi”nin ikinci bəndinə əsaslandığı vurğulanır.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad etmək məqsədilə keçirdiyi əks-hücum əməliyyatı başlayandan bəri Ermənistanın baş naziri dəfələrlə Rusiya prezidentindən yardım dilənib.