logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

14:09 30-10-2020 | icon 1449
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.