logo

Putin hələ də Dağlıq Qarabağın  “sadə həllərinin olmadığını” deyir

17:13 29-10-2020 | icon 1897
Putin hələ də Dağlıq Qarabağın  “sadə həllərinin olmadığını” deyir

Rusiya prezidenti Vladimir Putin "VTB Kapital" tərəfindən təşkil edilmiş “Rusiya çağırır!” adlı investisiya forumunun iclasında aparıcının Qarabağ münaqişəsi barədə sualına cavab verib.

 YeniAvropa xəbər verir ki, Putin Dağlıq Qarabağ münaqişəsinin “sadə həllərinin olmadığını” deyib.

O deyib ki, Dağlıq Qarabağda situasiyanı yalnız Azərbaycanın və Ermənistanın maraqları arasında balansı nəzərə almaqla nizamlamaq olar. Bunun üçün ilk mərhələdə münaqişə tərəfləri döyüş əməliyyatlarını dayandırmalı və danışıqlar masası arxasına keçməlidirlər.

Putin deyib ki, bu situasiyada “hər tərəfin öz həqiqəti var” və sadə həll mövcud deyil. “Düyün çox bərk bağlanıb”,-deyə Rusiya prezidenti vurğulayıb.

Bununla belə, Putin əlavə edib ki, Rusiya əvvəldən “Ermənistanın zəbt etdiyi beş və daha sonra iki rayonun” qaytarılması imkanları haqda danışıb. “Biz əvvəldən bu nöqteyi-nəzərdən-Azərbaycana əvvəlcə beş, sonra iki rayonunun qaytarılması,, Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı əlaqələr, kommunikasiyaların açılması və s. imkanlarından çıxış edirdik, hansı ki, bizim mövqeyimiz tamamilə açıqdır”,-deyə Rusiya prezidenti bildirib.