logo

Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

08:33 26-10-2020 | icon 1687
Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.