logo

Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən itki verərək geri çəkilib

19:29 25-10-2020 | icon 2044
Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən itki verərək geri çəkilib

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.