logo

Sabah Bakıda 24° isti olacaq

12:13 25-10-2020 | icon 1778
Sabah Bakıda 24° isti olacaq

Oktyabrın 26-na dair hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki,oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunın gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman gözlənilir. Şərq küləyi 3-8 metr/saniyə, arabir 12-15 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında isə hava əsasən yağmursuz keçıcık. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz 20-24 dərəcə isti, dağlarda gecə 12-14 dərəcə isti, gündüz 17-20 dərəcə isti təşkil edəcək.

 

mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17 dərəcə, gündüz 20-25 dərəcə, Bakıda gecə 15-17 dərəcə, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.