logo

Azərbaycanda daha 825 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

14:54 22-10-2020 | icon 1925
Azərbaycanda daha 825 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, daha 171 nəfər sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 47 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib. Aktiv xəstə sayı 6151 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 260 min 193 test aparılıb. Bugünkü test sayı isə 9457-dir.