logo

Ceyhun Bayramov Moskvada Lavrovla Qarabağı müzakirə etdi

16:11 21-10-2020 | icon 1729
Ceyhun Bayramov Moskvada Lavrovla Qarabağı müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - deyə Rusiya XİN-in məlumatında qeyd edilib.