logo

ÜST ABŞ-ın “Remdesivir” dərmanını  koronavirusa qarşı təsirsiz hesab edir

15:07 16-10-2020 | icon 259
ÜST ABŞ-ın “Remdesivir” dərmanını  koronavirusa qarşı təsirsiz hesab edir

ABŞ-ın “Gilead Sciences“ əczaçılıq konserninin təqdim etdiyi “Remdesivir” dərman preparatı COVID-19 xəstəliyinin müalicəsi üçün təsirsizdir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aparılan elmi araşdırmaların nəticəsində elan edib. Qeyd edilib ki, həmin araşdırma zamanı bu dərmanın COVID-19 xəstələri üzərində əhəmiyyətli təsirə malik olduğu müəyyən edilməyib.

Beynəlxalq qurumun məlumatında həmçinin bildirilir ki, elmi tədqiqat çərçivəsində dörd fərqli dərman preparatın xəstələrə təsiri öyrənilib. “Remdesivir“ ilə yanaşı malyariya əleyhinə tətbiq olunan hidroksixloroxin maddəsi, QİÇS əleyhinə “Lopinavir/Ritonavir“ dərman preparatı və “İnterferon“ təsir maddəsi dünyanın 30 ölkəsində 11200 pasiyent üzərində sınaqdan keçirilib. Qeyd edilir ki, bu dərmanlar xəstələr arasında ölüm hallarının sayı və ya xəstəxanada qalma müddətinə cüzi təsir göstərmiş və ya heç bir təsir göstərməmişdir.

Qeyd edilməlidir ki, ABŞ-da aparılan və bu ayın əvvəlində dərc edilən tədqiqat nəticələrinə əsasən, “Remdesivir” qəbul edən xəstələrin sağalma müddəti bu dərmanla müalicə almayan xəstələrlə müqayisədə beş gün sürətlənib. “Gilead Sciences” konsernindən bildirilib ki, ÜST-ün apardığı tədqiqatları bu dərmanın kliniki təsirlərini təsdiq edən məlumatlarla ziddiyyət təşkil edir. Konsernin ekspertləri ÜST-ün nəzarəti altında baş tutan qlobal araşdırmaların nəticələrinin ciddi yoxlanışdan keçmədiyini iddia ediblər və vurğulayıblar ki, bu istiqamətdə konstruktiv elmi diskussiyaların aparılması vacibdir.