logo

Düşmən Bərdəni "Toçka-U" kompleksindən atəşə tutdu

13:28 08-10-2020 | icon 2114
Düşmən Bərdəni "Toçka-U" kompleksindən atəşə tutdu

Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini birbaşa hədəfə çevirməkdə davam edir.

YeniAvropa xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb. Bildirilib ki, bu gün, oktyabrın 8-də, saat 10 radələrindən başlayaraq  düşmən Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

Saat 11.00 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olmuş, cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bir qədər əvvəl Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda isə bildirilib ki,  Bərdə rayonunun ərazisi "Toçka-U" kompleksindən atəşə tutulub.