Ermənistan aldığı ağır zərbədən sonra Türkiyəni bu döyüşlərin içində göstərməyə cəhd etməklə çətin və çarəsiz vəziyyətə düşdüyünü təsdiqləyir.
YeniAvropa yerli KİV-lərə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “The Peninsula” qəzetinə müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqlarını hissə-hissə geri alır.