logo

Azərbaycanda zəlzələ oldu

12:10 05-10-2020 | icon 1673
Azərbaycanda zəlzələ oldu

Oktyabrın 5-də Zərdab stansiyasından 19 kilometr qərbdə - Zərdab-Bərdə sərhədində maqnitudası 4.2 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb.

Ocağı 33 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.