Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru
Yüksək texnologiyaların məkanı sayılan Sinqapurda təşkil olunan 32-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. 13-19 sentyabr tarixlərində baş tutan bilik yarışmasına 87 ölkədən 343 iştirakçı qatılıb. Ölkənin lider mobil operatoru Azercell Telekom-un dəstəklədiyi Azərbaycan komandasının üzvləri olimpiadada uğurlu nəticə göstərərək 3 medal əldə ediblər.
YeniAvropa xəbər verir ki, bu beynəlxalq yarışmada Azərbaycanı dörd məktəblidən ibarət komanda təmsil edib. Onlar onlayn formatda keçirilən olimpiadaya ADA Universitetindən qoşulublar. Şagirdlərimiz olimpiadadan öncə AR Təhsil Nazirliyinin təşkilatçılığı və "Azercell"in dəstəyi ilə xüsusi hazırlıq dərsləri keçiblər.
İki mərhələdən ibarət olan olimpiadanın hər günü şagirdlərə 3 alqoritmik tapşırığı həll etmək və proqramlaşdırmaq üçün 5 saat vaxt verilib. Gərgin keçən yarışma nəticəsində komanda üzvlərindən üçü - Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, AR Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan 1994-cü ildən etibarən bu mötəbər müsabiqədə təmsil olunur. Bu 25 il ərzində şagirdlərimiz 5 medal -1 gümüş, 4 bürünc medal qazanıblar. Odur ki, təkcə bu il komandamızın 3 medal əldə etməsini rekord göstərici kimi qiymətləndirmək olar.
Məktəblilərimizin bu nüfuzlu yarışmada möhtəşəm nəticə göstərməsi Azərbaycanda elm və təhsil sisteminin böyük potensialından xəbər verir. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən Azercell şirkətinin dəstəyi ilə həyata keçirilir. Builki nəticə bir daha onu təsdiqləyir ki, şirkətin Təhsil Nazirliyi və digər qurumlarla effektiv əməkdaşlığı ölkədə xüsusi istedadlı şagirdlərin aşkarlanması, onların özünütəsdiqi və inkişafı üçün lazımi şərait yaradır.
1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası bütün dünyadan iştirakçıları əhatə edən azsaylı yarışmalardan biridir. Bundan əvvəl Olimpiada Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və sair şəhərlərində keçirilib. Ötən il 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanın paytaxtında təşkil olunmuşdu. Bakıda keçirilən olimpiadada Azercell şirkəti istedadların rəqəmsal sponsoru qismində təmsil olunmuşdu. Bununla yanaşı, "Azercell", həm də, yarışma iştirakçıları ilə birlikdə onları müşayiət edən nümayəndə heyətini üzvlərini mobil internetlə təmin etmişdi.
Xatırladaq ki, ölkəmizdə COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunan sosial təcrid şəraitində də "Azercell" müəllim və məktəblilərin yeni tədris üsullarına uyğunlaşmasına və tədris effektivliyinin artırılması məqsədilə AR Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi çərçivəsində müəllimlərə 5GB həcmində mobil internet hədiyyə edib. Eyni zamanda, qəbul imtahanları zamanı yüksək bal toplamış 10 nəfər abituriyent "Azercell" tərəfindən planşet və daha 300 nəfər isə “Busuu” xarici dil öyrənmə əlavəsinə pulsuz abunəlik qazandı. Bundan əlavə, şirkət aprel, iyul döyüşlərində şəhid olmuş hərbçilərin tələbə övladları üçün xüsusi Tələbə Təqaüdü, məktəbə qədəm qoyan övladları üçün isə hədiyyələr təqdim etdi.
"Azercell Telekom" fəaliyyəti boyunca Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olub, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına töhfəsini əsirgəməyib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır