Son sutka ərzində İranda 3 min 521 nəfər koronavirusa yoluxub, 175 nəfər isə həyatını itirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bununla da İranda virusa yoluxanların ümumi sayı 436 min 319, ölənlərin sayı isə 25 min 15-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 3 min 957 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 367 min 829 nəfər isə sağalaraq evə buraxılıb.