logo

Azərbaycanda daha 98 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

15:34 22-09-2020 | icon 1820
Azərbaycanda daha 98 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 113 nəfər sağalıb, 98 yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib. Aktiv xəstə sayı 1851 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 64 min 475 test aparılıb. Bugünkü test sayı isə 6672-dir.