logo

Bakıda “Qazaxıstan Ticarət Evi” açılacaq

16:29 21-09-2020 | icon 2261
Bakıda “Qazaxıstan Ticarət Evi” açılacaq

Bakıda “Qazaxıstan Ticarət Evi” qeydiyyatdan keçib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ticarət Evinin baş direktoru, azərbaycanlı iş adamı Rüfət Rzayev deyib.

R.Rzayev qeyd edib ki, məqsəd ikitərəfli ticarət həcminin artırılması, investisiya, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsidir. Qazaxıstan və Azərbaycan hələ də iqtisadi əlaqələr üçün böyük potensiala malikdir. İlkin mərhələdə Azərbaycan bazarında Qazaxıstanın qida və kənd təsərrüfatı məhsulları, istehlak malları, daha sonra isə yüngül və tekstil sənaye məhsulları nümayiş etdiriləcək.

"Qazaxıstan Ticarət Evi” mal və xidmətlərin təqdimatlarını, sərgiləri, işgüzar görüşləri təşkil edərək ölkələrimizin işgüzar dairələri üçün dialoq platforması rolunu oynayacaq. Həmçinin Azərbaycan ilə Qazaxıstan arasında birbaşa uçuşların bərpasından sonra Qazaxıstanın məhsul tədarükçülərinin Bakıya səfəri, buradakı tərəfdaşları və distribüterləri üçün malların sərgisi təşkil ediləcək. “Qazaxıstan Ticarət Evi” iki ölkə arasında mədəniyyət, incəsənət, turizm, gənclər və idman sahələrində layihələrin həyata keçirilməsini təşviq edəcək və dəstəkləyəcək.