logo

Gürcüstandan daha 400-ə yaxın vətəndaşımız təxliyə olundu

10:57 21-09-2020 | icon 1834
Gürcüstandan daha 400-ə yaxın vətəndaşımız təxliyə olundu

Sentyabrın 21-də Azərbaycan vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsi həyata keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, bu dəfə 400-ə yaxın vətəndaşımız ölkəmizə təxliyə olunub. Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan, Rusiya və Özbəkistan vətəndaşları da var.

Həmin şəxslər sentyabrın 20-də koronavirusla bağlı test veriblər və nəticələr neqativdir.

Təxliyə olunanlara 48 saat müddətində etibarlı olan COVID-19 arayışı verilib və onlar Azərbaycana keçmək üçün “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstandan və bu ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyəsi təmin edilib.