logo

Baş nazirin müavini koronavirusdan öldü

15:55 20-09-2020 | icon 2359
Baş nazirin müavini koronavirusdan öldü

Özbəkistanın baş nazirinin müavini Uktam Barnoyev vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 56 yaşlı U. Barnoyev koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

Bir müddət əvvəl COVID-19 testinin nəticəsi pozitiv çıxan Barnoyev Daşkənd xəstəxanalarından birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Özbəkistan maliyyə nazirinin müavini Erkin Tursunov da koronavirusdan vəfat edib.